Yevlax sakinlərinin həyatı niyə işgəncəyə çevrilib? - "Qurdlu su içirik"
Yevlaxın Salahlı kəndində içməli su problemi hökm sürür.
Təxminən 3 mindən çox sakini olan kəndin 5-ə yaxın küçəsində yaşayan insanlar uzun müddətdir susuzluqdan əziyyət çəkirlər.
Vətəndaşlar Baku TV-yə bildiriblər ki, içməli su əldə etmək üçün təxminən 2 kilometr məsafə qət etməyə məcbur qalırlar. Yağışlı havalarda isə vəziyyət daha da acınacaqlı hal alır.
"Dəfələrlə su gətirməyə gedəndə palçıqda yıxılmışam. Əldə etdiyimiz içməli suyun keyfiyyəti isə normal deyil, içində qurd olur", - sakinlərdən biri söyləyib.
Başqa bir sakin isə qeyd edib:
"Aidiyyəti qurumlardan xahiş edirik ki, burada artezian quyusu qazılsın, küçələrdə bir neçə yerdə kranlar quraşdırılsın ki, camaat ondan istifadə etsin".
Məsələ ilə bağlı Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən bildirilib ki, subartezian quyularının qazılması qurumun səlahiyyətləri çərçivəsində deyil:
"Dövlət proqramı əsasında respublika ərazisində yeni subartezian quyularının qazılması təyin olunur".
Oxşar xəbərlər
Öd və qaraciyər xəstəlikləri: Əməliyyat hansı halda şərtdir?
Baku TV-nin "Baku Med" verilişinin yeni buraxılışı yayımlanıb. Proqramın budəfəki buraxılışında öd və qaraciyər xəstəlikləri barədə müzakirə aparılıb. Öd kisəsi...