Yetkinlik yaşına çatmayan məhkumların sayı AÇIQLANDI
Yeniliklərdən dərhal xəbərdar olun
“Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Tərbiyə Müəssisəsində hazırda yetkinlik yaşına çatmayan 30 nəfər islah olunur”.
BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq problemləri şöbəsinin müdiri Cəmilə Bağırova deyib.
O bildirib ki, hazırda cəzaçəkmə müəssisəsində olan məhkumlar 14-18 yaş aralığında olan yeniyetmələrdir:
“Yeniyetmələrin törətdiyi cinayətlər müxtəlifdir. Narkomaniya, oğurluq, dələduzluq, xuliqanlıq, sağlamlığa qəsdən zərərvurma, qəsdən adamöldürmə kimi cinayətlərdən cəza çəkənlər var.
Hazırda burada cəza çəkən yeniyetmələrdən cəzası ən çox olanı 10 ildir. O, söyüş üstündə adam öldürdüyünə görə məhkum olunub. 18 yaşa qədər cəza müddəti bitənlər buradan azadlığa çıxırlar, kimlərinsə cəza müddəti qalırsa, onlar böyüklər üçün cəzaçəkmə müəssisələrinə göndərilirlər”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...