Yenidən qurulan Ağdamdan ürəkaçan görüntülər: "Vətən həsrəti ilə böyüdük, amma..."
Ağdam şəhərində "Ağıllı şəhər" konsepsiyası çərçivəsində inşa olunan ikinci yaşayış kompleksində 1 268 mənzil tikilib.
Kompleksdə bir, iki, üç və dördotaqlı mənzillər mövcuddur. Həmçinin uşaqlar üçün oyun meydançası da yaradılıb.
Uzun illərdən sonra doğma torpaqlarına qayıdan Ağdam sakini Pərvin Abışova duyğularını Baku TV ilə bölüşüb.
"Ağdam rayonunda dünyaya gəlmişəm. Ağcabədidə böyümüşəm. Uzun illər Vətən həsrəti ilə yaşamışıq. Qarabağın işğaldan azad olunması bizə böyük fəxarət, qürur hissi yaşatdı. Ağdam işğal olunanda sonuncu gün çıxan ailələrdən olmuşuq. Doğmalarımızı şəhid vermişik. O gündən Vətən həsrəti ilə böyüdük. Yuxularda Qarabağımıza gedirdik. Şükür ki, bu gün Qarabağdayıq, Ağdamdayıq. Çox gözəl hissdir", - o deyib.
Oxşar xəbərlər
Bakı Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi 2026 ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişin və uçuş intensivliyinin artacağı gözlənilir....