Yenicag.az saytının 18 yaşı tamam olur

Bu gün Yenicag.az saytının 18 yaşı tamam olur.
BAKU.WS xəbər verir ki, 2006-cı il fevralın 1-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçən "Yeni Çağ" qəzetinin rəsmi səhifəsi kimi fəaliyyətə başlayan, hazırda Media Qrupunun lokomotivi olan Yenicag.az saytı 2007-ci il sentyabrın 5-də fəaliyyətə başlayıb.
Sayt Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında olan yeniliklərlə yanaşı, dünyada baş verən maraqlı xəbərləri operativ və obyektiv qaydada oxuculara çatdırır.
2016-cı ilin dekabrından etibarən fəaliyyətini genişləndirən Yenicag.az-ın türk (Yenicag.info) və rus (novayaepoxa.com) dillərində əlavə versiyaları da fəaliyyətə başlayıb. 2018-ci ildən etibarən Media Qrupunun Yenicag.tv video portalı da fəaliyyətə başlayıb.
2015-ci ilin sentyabr ayından Azərbaycan Mətbuat Şurasının üzvü olan Yenicag.az ölkədə və ölkə xaricində həyata keçirilən beynəlxalq media layihələrində yaxından iştirak edir. Türkiyə, Ukrayna, Gürcüstan, Qazaxıstan, Rusiya, Moldova, Qırğızıstan, Pakistan, İraq, Şimali Kipr və digər ölkələrin qabaqcıl media qurumları ilə əməkdaşlıq edən "Yeni Çağ" Media Qrupu 44 günlük Vətən müharibəsi zamanı bu əlaqələrindən informasiya savaşında maksimum istifadə edib, Qarabağ həqiqətlərinin operativ şəkildə çatdırılmasında mühüm rol oynayıb.
Bu gün "Yeni Çağ" Media Qrupuna Yenicag.az (Azərbaycan), Yenicag.ru (rus), Yenicag.info (türk) və Yenicag.tv domenləri daxildir.
BAKU.WS kollektivi olaraq Yenicag.az-da çalışan həmkarlarımızı təbrik edir, onlara yeni-yeni yaradıcılıq uğurları qazanmağı arzu edirik!
Oxşar xəbərlər
Binaların qarşısı acınacaqlı VƏZİYYƏTDƏDİR - İstirahət üçün heç bir ŞƏRAİT YOXDUR
Sabunçu rayonu, Bakixanov qəsəbəsi, Əhməd bəy Ağayev küçəsi ərazisində yaşayan sakinlər istirahət üçün nəzərdə tutulmuş boş ərazilərin baxımsız və təhlükəli vəz...
