Yeni məktəb ola-ola uşaqlar niyə uçuq binada dərs keçir? - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Lerik rayonun Loda kəndində iki il əvvəl modul tipli məktəb tikilsə də, hələ də istifadəyə verilmir. İdda olunur ki, buna səbəb tikintini aparan şirkətlə subpodratçı arasında maliyyə mübahisəsinin olmasıdır.
BAKU.WS azpostinfo-ya istinadən xəbər verir ki, kənddə yaşayan uşaqlar bu səbəbdən köhnə və uçuq məktəbdə oxumaq məcburiyyətində qalıblar:
“Dövlətin maliyyə dəstəyi ilə 2020-ci ildə kənddə modul tipli orta məktəb binası tikilib. İşlər başa çatdıqdan sonra tikintidə çalışmış işçilərə xeyli borc yığılıb. Borcu ödəyəcək qurumlar isə günahı bir-birinin üzərinə atır. Belə ki, tikintini aparan “Modenko” MMC ilə subpodratçı arasında maliyyə qalmaqalı məktəbi bağlı, fəhlələri pulsuz qoyub. Tikintidə çalışmış sürücünün sözlərinə görə, Lerikdə 3 belə modul məktəbin tikilməsinə 700 min manat ayrılsa da subpodratçı bu məbləğin cəmi 200 min manatını aldığını iddia edib.Tikintinin aparılması üçün Astaranın tikinti malları satılan mağazalarından təyinat üzrə mallar alınıb, amma pullar ödənilməyib.Şikayətçilərin sözlərinə görə, dəfələrə bu barədə müxtəlif rəsmi qurumlara müraciət etsələr də nəticə olmur. Nəticədə şagirdlər uçuq, köhnə məktəbdə oxumaqda davam edir, yeni binanın qapısı isə qıfıllanıb”.
Problemlə əlaqədar Elm və Təhsil Nazirliyinin Lənkəran-Astara Regional Təhsil İdarəsi ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, mövcud problem Regional Təhsil İdarəsi ilə bağlı deyil, tikintini aparan podratçı şirkətlə əlaqəlidir:
“Biz hazırda həmin məktəbi təhvil almaq mərhələsindəyik".
Qeyd edək ki, cari il üçün məktəbdə 9 şagird təhsil alacaq. Məktəbdə iki texniki və iki pedaqoji işçi çalışır.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...