Yeni layihə: 65 yaşdan yuxarı tənha insanların ehtiyacları təmin olunacaq
Yeniliklərdən dərhal xəbərdar olun
“Premium Bank”ın sponsorluğu ilə “Netgroup” şirkəti tərəfindən Prezident İlham Əliyevin sosial yardım tövsiyələrinə və Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən elan olunmuş xüsusi karantin rejimində 65 yaşdan yuxarı tənha yaşayan insanların zəruri ehtiyaclarının təmin edilməsinə dəstək olaraq yeni layihə hazırlanıb.
Evdeqal.net adlanan bu layihənin məqsədi ölkəmizdə əvəzsiz bir sosial fəaliyyətin təşkilinə dəstək olmaq və heç bir maddi qazanc güdmədən ehtiyacı olanlara yardım etmək, sevinc hisslərinin yaranmasına səbəb olmaqdır.
Könüllü sıralarına qoşulmaq istəyən hər bir insan layihədə qeydiyyatdan keçə bilər: “Könüllülər zəruri malların və dərmanların alınmasında yardım göstərəcək, kuryerlərimiz isə ünvanlara çatdırmaları həyata keçirəcəklər. Bu layihədə iştiraka görə ayrıca təşəkkürümüzü “RAHAT” supermarketlər şəbəkəsinə bildiririk. Sosial dəstəyə ehtiyacı olanlara qayğı və hörmət göstərmək hər birimizin borcudur!”
Oxşar xəbərlər
Tovuzda “ASAN Həyat” kompleksi istifadəyə verildi - FOTO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuzda “ASAN Həyat” kompleksinin açılışında iştirak edib. BAKU.WS xəbər verir ki, dövlətimizin b...