Yeni illə bağlı məktəb direktorlarına tapşırıqlar verilib
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəblərdə Yeni il şənliklərinin keçirilməsi ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, İdarənin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında artıq bu barədə məktəb rəhbərliklərinə tapşırıqlar verildiyini deyib.
O qeyd edib ki, pandemiya şəraitində məktəblərdə kütləvi böyük tədbirlərin keçirilməsi arzuolunan deyil:
"Təbii ki, valideynlərin bununla bağlı hər hansı təşəbbüslə çıxış etməsinin qarşısını ala bilmərik.
Lakin bununla bağlı neqativ hal varsa, biz problemlərin həlli istiqamətində addımlar atmağa çalışacağıq. Ona görə belə hallarla rastlaşacaq şəxslər İdarəyə müraciət edə bilərlər".
Oxşar xəbərlər
Bakı məktəblərinin şəhid olmuş 354 məzunu və 20 müəlliminin xatirəsi anılıb
"Bu müharibə xalqımızın şərəf, ləyaqət müharibəsi idi, 44 günlük müharibə tək torpaqlarımızı deyil, Azərbaycan xalqının qürurunu və şərəfini də geri qaytardı"....