Yeni il salatlarını hansı yaşda uşağa vermək olar?
Yeniliklərdən dərhal xəbərdar olun
Yeni il süfrəsində böyüklərlə yanaşı, uşaqların da orqanizmi yüklənir. Azyaşlı uşaqlar isə məhz bayramda ilk dəfə bəzi qidaları dadır.
BAKU.WS medicina.az-a istinadən xəbər verir ki, pediatr Lyubov Andreyevna Yeni ildə aktual olan mayonezli salatların hansı yaşda uşaqlara uyğun olmasından danışıb.
"Mayonezli olivye, paytaxt salatları 8 yaşa qədər uşaqların mədəsi üçün ağır qidadır. Çoxkomponentli qidalar ümumiyyətlə 8-10 yaşdan sonrakı uşaqlara uyğundur. Körpələrə və azyaşlılara vermək mədə-bağırsaq, qaraciyər problemlərinə gətirib çıxara bilər.
Sağlam uşaq belə salatları 10 yaşından yeyə bilər, çünki həzm traktı onu həzm etməyə hazırdır.
Uşaqlara yeni il süfrəsindəkiləri yox, elə öz adət etdikləri yeməkləri verin.
Bayramda uşaqlar arasında həzm pozuntusu, allergiya artır. Uşaqlara çoxlu şirə, bayram şirniyyatları və qarışıq yeməklər verməyin. Tərəvəzli toyuq, ət, oladye, püre və sadə düyü yeyə bilərlər", - deyə o bildirib.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...