Yeni il restoranlarda qarşılaşamaq neçəyə başa gələcək? - QİYMƏTLƏR
Bakıda 31 dekabr – Yeni il gecəsini restoranda qeyd etmək istəyənləri müxtəlif qiymət aralıqları gözləyir.
BAKU.WS-in məlumtına görə, paytaxtdakı şənlik proqramları üçün müəyyən olunan tariflərə əsasən, 2026-cı ili qarşılamaq həm münasib büdcə ilə, həm də yüksək xərc hesabına mümkün olacaq.
Aparılan araşdırmaya görə, bayram menyusu və şou proqramları daxil olmaqla, bir nəfərin ödənişi ən aşağı təxminən 80 manatdan Bu seqment əsasən standart menyu, musiqi proqramı və ailəvi iştirak üçün nəzərdə tutulur.
Qiymət aralığının üst həddi isə xeyli yüksəkdir. Bəzi məkanlarda Yeni il gecəsi üçün ödəniş adambaşı 400-500 manatadək yüksəlir. Bu paketlərə konsert proqramı, xüsusi set menyular, atəşfəşanlıq və müxtəlif şou elementləri daxil edilir. Bəzi hallarda uşaqlar üçün ayrıca tədbirlər də təşkil olunur.
Ümumi mənzərə belədir:
Minimum xərc: təxminən 80 manat
Orta seqment: 120–200 manat
Yüksək seqment: 250–300 manat
Premium paketlər: 400–500 manat
Əksər məkanlarda 5–12 yaşlı uşaqlar üçün ödəniş yarı qiymət, 5 yaşdan kiçik uşaqlar üçün isə pulsuz tətbiq olunur.
Oxşar xəbərlər
Xaricdə təhsil almış həkimlərlə bağlı YENİ PROQRAM - bölgələrdə...
Hazırda qarşıda duran ən mühüm məsələlərdən biri ilkin səhiyyə xidmətlərinin inkişafıdır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr ş...