Yeni il hədiyyəsi, yoxsa vaxtı keçmiş məhsullar?
Son günlər mağazalarda Yeni il üçün hazır hədiyyə qutuları satışa qoyulub. Qutuların içini isə alıb evdə açdıqdan sonra görmək olur. Paytaxt sakinləri deyirlər ki, sözügedən hədiyyə qutularının içində bəzən istifadə müddəti bitmiş köhnə məhsullar olur.
Nəzərə alsaq ki, bu hədiyyə qutuları uşaqlar üçün alınır, diqqətli olmağın nə dərəcədə vacib olduğunu deməyə ehtiyac yoxdur.
Eskpertlər tövsiyə edirlər ki, belə hədiyyələrin evdə hazırlanması daha məqsədəuyğundur.
Qida eksperti Ağa Salamov bildirib ki, hazır şəkildə alınmış bəzi məhsullar qida zəhərlənməsinə də səbəb ola bilər.
Eskpert qeyd edib ki, belə məhsulları alan zaman kassa çeki götürmək və onu saxlamaq lazımdır. Həmçinin də hədiyyəlik məhsulun üzərindəki istehsal və son istifadə tarixlərinə baxmaq mütləqdir.
Oxşar xəbərlər
Məktəblilərin qış tətilini səmərəli keçirməyin YOLLARI
Qış tətili məktəblilər üçün təkcə dərsdən fasilə deyil, həm də yeni bacarıqlar qazanmaq və özünü kəşf etmək üçün əla fürsətdir. BAKU.WS-in məlumatına görə, müt...