"Yeni Həyat" şirkətindən maaşlarını ala bilməyən fəhlələr haqqında AÇIQLAMA – FOTO
09
yan
2019
16:21
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Yeni Həyat" MMC-nin fəhlələri etiraz edirlər.Bu barədə fəhlələr BAKU.WS-ə şikayətlərində bildiriblər. Fəhlələr deyirlər ki, uzun müddətdir maaşlarını ala bilmirlər.Dəfələrlə bu barədə şikayət etsələr də, onların sözlərini dinləyən olmayıb.Rəhbərlikdən Baba adlı şəxsi tanıdıqlarını deyən fəhlələr, onunla da əlaqə yarada bilmədiklərini deyirlər.Məsələ ilə əlaqədar "Yeni Həyat" MMC ilə əlaqə yaratdıq. Şirkətdən BAKU.WS-ə bildirdilər ki, “Həmin fəhlələrin "Yeni Həyat" şirkətilə heç bir əlaqəsi yoxdur. Onları bizim layihələrdə işlədən podratçı təşkilatdır. Hansı ki "Yeni Həyat" şirkəti bir çox podratçı təşkilatlarla müqaviləmiz var. Etiraz edən fəhlələr də, həmin podratçı təşkilatlardan biridir. Onların bizim şirkətlə heç bir hüquqi bağlantısı yoxdur.Bizim heç bir podraçtı təşkilatla bağladığımız müqavilələrdə problemlər yoxdur. Onların əməkhaqqı ödənməsilə bağlı da problemimiz yoxdur.Çox güman ki, problemlə bağlı rəhbərlər səviyyəsində danışıqlar aparılacaq”, - deyə şirkətdən bildirilib.Sonda ümid edirik ki, halal zəhmətilə çalışan fəhlələr gördükləri əziyyətin pulunu ala biləcəklər. Hələlik onlar üçün ayrılan pulun hara getdiyi məlum olmasa belə.Ziya SƏCCADBAKU.WS
Oxşar xəbərlər
Bakıda pullarını ala bilməyən fəhlələr intihara cəhd edib - FOTO+VİDEO
“Xətai life” tikinti şirkətinin 4 işçisi intihara cəhd edib.BAKU.WS report-a istinadən xəbər verir ki, fəhlələr şirkətin Süleyman Vəzirov küçəsi - 17 ünvanında...