Azərbaycanlı fəhlələri daşıyan lift 12 metrlik yüksəklikdən yerə çırpılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Voloqda vilayətinin Çerepovets şəhərində yük lifti 12 metrlik yüksəklikdən yerə çırpılıb. Bildirildiyinə görə, liftdə olan 6 fəhlədən bəziləri Azərbaycan vətəndaşları olub.
BAKU.WS Virtualaz.org-a istinadən xəbər verir ki, ağır xəsarət alanlar fəhlələr xəstəxanaya çatdırılıb.
Fəhlələr liftlə metal lövhələri daşıyırmışlar. 47 yaşlı Familin onurğa sütunu sınıb. Faciədə o, özünü günahlandırır – texniki təhlükəsizlik qaydalarını pozub.
Qeyd olunur ki, lift insanları daşımaq üçün nəzərdə tutulmayıbmış.
Hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını araşdırırlar.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda liftin trosu qırılıb, 8 nəfər xəsarət alıb
Bakıda lift şaxtaya düşüb, xəsarət alanlar var. "Report”un xəbərinə görə, hadisə Binəqədi rayonunda baş verib. Belə ki, İ.P.Dadaşov küçəsi, 260 ünvanında yerl...