Yeni doğulan uşaqlara ən çox bu adlar qoyulub - SİYAHI

Yeni doğulan uşaqlara ən çox bu adlar qoyulub - SİYAHI
Sosial 358

2020-ci ildə yeni doğulmuş körpələrə ən çox qoyulan adlar açıqlanıb.

Bu barədə Ədliyyə Nazirliyindən BAKU.WS-ə verilən məlumatda bildirilir.

Məlumata görə, cari il ərzində yenidoğulan oğlan uşaqlarına daha çox Yusif, Əli, Hüseyn, Ömər, Uğur, Məhəmməd, Murad, Ayxan, Tunar, İbrahim, qız uşaqlarına isə Zəhra, Nuray, Zeynəb, Məryəm, Aylin, Fatimə, Mələk, Dəniz, Ayan və Mədinə adları verilib.

Sadalananlardan oğlan adları arasında ilk beşlikdə Yusif, Əli, Hüseyn, Ömər, Uğur, qız uşaqlarına verilən adlar arasında isə Zəhra, Nuray, Zeynəb, Məryəm, Aylin və Fatimə adı yer alır.

Son xəbərlər