Yeni binalar tikiləcək - 27 milyon manatlıq LAYİHƏ
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində bir müddət əvvəl elan etdiyi beş ədəd çoxmənzilli yaşayış binasının tikintisi işlərinə başlayır.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, dövlət satınalmalarının vahid internet portalından əldə ediən məlumata görə, bununla bağlı agentlik müvafiq işlərə yekun vurub.
Qeyd edək ki, sözügedən işlər 2,31 ha torpaq sahəsində inşa olunacaq, bununla yanaşı, mühəndis-kommunikasiya şəbəkəsinin tikintisi, ərazinin abadlaşdırılması və yaşıllaşdırılması işləri də həyata keçiriləcək.
MİDA qeyd olunan işlərin icrasını "Amal Group" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb. Müqaviləyə əsasən, MMC-yə 27,3 milyon manat ödənilib.
Qeyd edək ki, işlərin həvalə olunduğu "Amal Group" MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi İbrahimli Orxan Asif oğludur.
Oxşar xəbərlər
Bu şəhərdə mərkəzi park TƏMİR OLUNACAQ
Ağsu şəhərində 2025-ci ildə genişmiqyaslı abadlıq işləri həyata keçiriləcək. BAKU.WS-in məlumatına görə, layihə Ağsu Rayon İcra Hakimiyyəti tərəfindən elan olun...