Yazıçılar Birliyi 203 min manatın hesabatını nə vaxt verəcək? - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Yazıçılar Birliyi XIII Qurultay üçün ayrılan 203 min manatla bağlı hesabat verəcək.
BAKU.WS xəbər verir ki, bu barədə modern.az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.Qeyd edilib ki, məbləğin hansı istiqamətlər üzrə xərclənməsi maliyyə hesabatı zamanı açıqlanacaq:
“Bu hesabatın verilməsi isə dekabr ayının sonuna təsadüf edəcək”.
Qeyd edək ki, oktyabrın 26-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında Azərbaycan Yazıçılar Birliyinin XIII Qurultayı keçirilib.
Tədbirdən sonra Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Çingiz Abdullayevin AYB-nin XIII qurultayı üçün ayrılan 203 min manatın hara xərclənməsi barədə suala cavabında jurnalisti təhqir edərək, “Utanmırsan, ölmürsən, bu sualı mənə verirsən?” deməsi böyük qalmaqala səbəb olub.
Oxşar xəbərlər
“203 min manat “semiçka” puludur” - Aqil Abbasdan qalmaqallı AÇIQLAMA
“Çingiz Abdullayev ona ünvanlanan suala sakitcə cavab verə bilərdi, yaxud deyərdi ki, indi yeri deyil. Ancaq əsəbiləşib, belə cavab verməsi düzgün olmadı. Gərək...