Yayda Bakıdakı yaşıllıqlara gecələr qulluq göstərilir - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Koronavirus pandemiyasının geniş yayılmasının qarşısını almaq məqsədilə sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu Bakı şəhərində isti yay günlərində mövcud yaşıllıqlara qulluq göstərilməsi məsələləri nəzarətdə saxlanılır.
Prospektlər, küçələr yol kənarlarında, park və istirahət mərkəzlərində və digər yerlərdə əkilmiş ağaclara, salınan yaşıllıqlara lazımi qulluq göstərilməsi üçün Bakı Şəhər Yaşıllaşdırma Birliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilir.
BAKU.WS xəbər verir ki, istidə qulluğun effektivliyini yüksəltmək üçün ağacların və digər yaşıllıqların, yol kənarları və parklardakı qazon örtüyünün axşam saatlarında suvarılması aparılır. Suvarma zamanı həm də yol kənarlarındakı ağaclar yuyulur ki, bu da onların qurumasının qarşısını alır.
İşlər çərçivəsində paytaxt rayonlarının kommunal-təsərrüfat xidmətlərinin işçiləri ilə birlikdə şəhərdəki idarə, təşkilat, ictimai-iaşə və digər özəl kommersiya qurumlarının inzibati binalarının, yol və küçələrin kənarlarında yaradılmış yaşıllıq guşələrinə də gündəlik qulluq göstərilir, dibçəklərdəki güllər və gül kolları mütəmadi olaraq sulanır.
Kommunal xidmətlərin əməkdaşları bu işləri təmizliklə bağlı öz gündəlik vəzifələri, ərazidə aparılan tibbi-profilaktiki və dezinfeksiya işləri ilə bərabər aparlar.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...