Yayda açıq satışa çıxarılan məhsullarda hansı pozuntular aşkarlanıb? - RƏSMİ

Yayda açıq satışa çıxarılan məhsullarda hansı pozuntular aşkarlanıb? - RƏSMİ
Açıqlama
Sosial 25

Yay mövsümündə açıq havada satılan tez xarab olan məhsullar əhalinin sağlamlığı üçün ciddi risklər yaradır. Havaların isti keçməsi ilə əlaqədar qarpız, yemiş və digər tez xarab olan məhsullara tələbat artsa da, bu məhsulların daşınması, saxlanması və mənşə sənədləri ilə bağlı müəyyən qaydalara əməl olunmaması tez-tez müşahidə olunur.

BAKU.WS-in sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) mövsümi satışlarla bağlı görülən tədbirlər barədə məlumat verib.

Agentlik bildirir ki, vətəndaşların təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin olunması, istehlakçı hüquqlarının qorunması və qidalanmanın təşkili məqsədilə mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir. Qanunsuz olaraq açıq havada, antisanitar şəraitdə, heç bir mənşə sənədi və markalanması olmadan, saxlama qaydalarına əməl edilmədən satışa çıxarılan məhsullarla bağlı nəzarət tədbirləri davam etdirilir və bu cür halların qarşısının alınması üçün aidiyyəti qurumlara da müraciət olunur.

Agentlik yay aylarında əhali tərəfindən geniş istehlak olunan qarpız və yemiş məhsulları üzrə də monitorinqlər apardığını açıqlayıb. Bildirilib ki, ölkə ərazisində fəaliyyət göstərən satış nöqtələrindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim olunub. Aparılan laborator müayinələr zamanı məhsullarda nitrat və pestisid qalığı səviyyələri yoxlanılıb və sınaq nəticələrinə əsasən nümunələrdə uyğunsuzluq aşkar edilməyib.

Şahanə Xankişiyeva

Son xəbərlər