“YAŞAT” Fondu və “Azərkontrakt” niyyət protokolu imzalayıb
“YAŞAT” Fondu və “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyəti arasında niyyət protokolu imzalanıb.
BAKU.WS xəbər verir ki, sənədi “Azərkontrakt” ASC-nin sədr müavini Güləddin Dadaşov və “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov imzalayıblar.
Sənədə əsasən “YAŞAT” Fondunun 2024-cü il ərzində həyata keçirəcəyi sosial layihələrin maliyyələşməsi məqsədilə Fondun büdcəsinə vəsait köçürülüb.
Qeyd olunan əməkdaşlıq sosial məsuliyyət çərçivəsində “Azərkontrakt” ASC və “YAŞAT” Fondu tərəfindən müvafiq kateqoriyadan olan şəxslər üçün sosial layihələrin həyata keçirilməsinə real töhfələr verəcək.
Oxşar xəbərlər
Bakının reytinqli məktəbləri cərimələndi - SİYAHI
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi paytaxtın Yasamal rayonunda yerləşən A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəbdə qida qəbulundan sonra...