"YAŞAT" fondu ilə bağlı bloqqerlər bir araya toplandı

YAŞAT fondu ilə bağlı bloqqerlər bir araya toplandı
Foto
Sosial 129

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev tanınmış bloqqer, aparıcı, mədəniyyət və incəsənət nümayəndələri ilə videokonfrans formatında görüşüb.

BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, Ü.Mehdiyev iştirakçıları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbə münasibətilə təbrik edib. Sonra "YAŞAT" Fondunun yaradılması, onun fəaliyyət istiqamətləri və gələcək hədəflər barədə məlumat verilib.

Görüş çərçivəsində iştirakçıların “YAŞAT” Fondu, eləcə də elektron hökumət quruculuğu sahəsində çoxsaylı sualları cavablandırılıb, təklifləri qeydə alınıb.

2-ci “Rəqəmsal Jurnalistikaya doğru” proqramı çərçivəsində reallaşan görüşdə Elektron Hökumətinin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov isə Azərbaycanda elektron hökumət quruculuğu, ekosistem, Mərkəz tərəfindən reallaşdırılan layihələr barədə məlumat verib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər