Yaşayış yeri üzrə qeydiyyata düşərkən ödəniş etmək lazımdır?

Yaşayış yeri üzrə qeydiyyata düşərkən ödəniş etmək lazımdır?
Açıqlama
Sosial 127

Ölkədə vətəndaşların yaşayış yeri üzrə qeydiyyat qaydalarına riayət etməsi qanunvericiliyin əsas tələblərindən biridir. Bu sahədə hüquq pozuntularının qarşısının alınması və vətəndaşların məlumatlandırılması məqsədilə mütəmadi nəzarət və profilaktik tədbirlər həyata keçirilir.

DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli BAKU.WS-ə bildirib ki, polis əməkdaşları tərəfindən cinayətlərin və digər hüquq pozuntularının, eləcə də qanunazidd əməllər törətmiş şəxslərin məsuliyyətdən yayınmasının qarşısının alınması istiqamətində mütəmadi nəzarət-profilaktik tədbirlər aparılır:

"Bu tədbirlər çərçivəsində vətəndaşlarla maarifləndirici söhbətlər aparılır və qanunvericiliyin tələblərinə əməl olunmasının vacibliyi diqqətə çatdırılır. Həmçinin hüquq pozuntularının vaxtında aşkarlanması və qarşısının alınması məqsədilə profilaktik qeydiyyat və monitorinq tədbirləri müntəzəm olaraq həyata keçirilir.

Vətəndaşların yaşayış yeri və olduqları yer üzrə qeydiyyata düşmə tələbini pozması halları aşkarlandıqda həmin şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq olunur. Polis əməkdaşlarının bu istiqamətdə həyata keçirdikləri tədbirlərin nəticəsidir ki, son dövrlər belə qanunsuz əməllərə yol verən şəxslərin sayında nəzərəçarpacaq dərəcədə azalma müşahidə olunur.

Vətəndaş yaşayış yerindən kənarda 60 gündən artıq qaldıqda müvəqqəti yaşadığı yer üzrə qeydiyyata düşmürsə, qanunvericiliklə bu hal inzibati məsuliyyət yaradır".

Qeyd edək ki, yaşayış yeri üzrə qeydiyyat həm elektron qaydada, həm də müvafiq dövlət qurumlarına müraciət etməklə mümkündür. Qeydiyyata düşmək üçün vətəndaşlardan heç bir ödəniş tələb olunmur. Bu prosedur tamamilə ödənişsiz həyata keçirilir.

Orxan Hüseyn

Son xəbərlər