Yasamalda yanğında üç nəfərin öldüyü binanın TƏMİRİNƏ BAŞLANILDI
Yeniliklərdən dərhal xəbərdar olun
Tüstüdən qaralan işıqsız koridorlar və his qoxan divarlar... Söhbət təxminən 10 gün əvvəl Yasamal rayonu, Mirəli Seyidov küçəsində yanğın hadisəsinin baş verdiyi yaşayış binasından gedir.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, faciədən sonra binada yanğının fəsadlarının aradan qaldırılmasına və təmir işlərinə başlanılıb.
Sakinlərin verdiyi məlumata görə, təmir işləri artıq intensivləşib: "Burada artıq ikinci mərtəbədən başlayaraq təmir işləri başlanılıb. Artıq bu gün konkret olaraq təmir işlərinə başlanılıb. Hazırda bizə söz də verilib ki, bu günlərdə qismən bir xəttin bərpa olunması yolu ilə işıq verilsin".
Yanğın nəticəsində 17 mərtəbəli bina boşaldılıb və sakinlər başqa evlərdə müvəqqəti məskunlaşdırılıblar. Lakin cəmi bir neçə mənzildə getməyə yeri olmayan sakinlər qalıblar.
Təmir işlərinin tam başa çatması və binanın normal yaşayış rejiminə qayıtması üçün işlər davam etdirilir.
Daha ətraflı videomaterialda:
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...