Yasamalda qəza riski: Təhlükə yaradan boru xəttinin kimə məxsus olduğu tapılmır
Paytaxtın Yasamal rayonu, Akim Abbasov küçəsi, 115A ünvanında yolun ortasında iri çuxur əmələ gəlib. Çuxurun altının boş olması səbəbindən ərazidə çökmə riski yaranıb. Yolun altından boru xətti keçdiyi üçün vəziyyət daha da təhlükəlidir.
Sakinlər bir neçə gün əvvəl həmin yerdə qəza baş verdiyini bildiriblər.
Çəkiliş zamanı Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları əraziyə baxış keçiriblər. Onların sözlərinə görə, yolun altından keçən boru xətti "Azəristiliktəchizat" ASC-yə məxsusdur.
Lakin "Azəristiliktəchizat"dan bildirilib ki, boru onlara aid deyil.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Qəza riski yaradan yol: Dərin çuxurlar, hər gün ziyan görən maşınlar...
Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 10 May və Xırman küçələrində yolun vəziyyəti sakinlərin narazılığına səbəb olub. Baku TV-nin məlumatına...