Yasamalda narazılıq: Tikintiyə kim icazə verib? - VİDEO

Yasamalda narazılıq: Tikintiyə kim icazə verib? - VİDEO
Video
Sosial 1802

Yasamal rayonu Zahid Xəlilov küçəsində obyekt tikintisinin başlanılması 54 nömrəli binada yaşayan sakinləri ayağa qaldırıb.

Sakinlərin sözlərinə görə, beşmərtəbəli binaya demək olar ki, bitişik tikilən obyekt onların həm gediş-gəlişinə maneə yaradacaq, həm də evlərinə günəş işığının düşməsinə əngəl olacaq. Bununla da binada nəmlənmə baş verəcək.

Ərazidə obyekt tikən iş adamı Hünər Muradovun köməkçisi, icraçı Cavid Seyidli isə tikinti üçün rəsmi şəkildə icazə alındığını deyərək sakinlərin şikayətini əsassız hesab etdi:

“Biz orda icazəsiz heç bir iş aparmırıq. Bütün sənədlərimiz qaydasındadır. Sakinlərin dediyi kimi dörtmərtəbəli obyekt yox, ikimərtəbəli iaşə obyekti tikəcəyik”.

Yasamal Rayon İcra Hakiminin birinci müavini Elçin Rzayev isə bizə mühafizə vastəsi ilə cavab göndərərək bildirdi ki, bu işlə Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məşğul olur.

Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidmətindən verilən cavab isə belə oldu:

“Zahid Xəlilov, 54 ünvanında iş aparan Hünər Muradov adlı şəxsin Bakı Şəhər İcra Hakimiyyəti ilə həmin ərazi ilə bağlı icarə müqaviləsi sənədi var. Sakinlərin şikayəti ilə bağlı məsələ yenidən araşdırılacaq”.

Araşdırmanın nəticəsini isə Yasamal sakinləri kimi Baku.TV də diqqətdə saxlayacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

İcra hakimiyyətlərinin bu səlahiyyətləri ləğv edilib - VİDEO

İcra hakimiyyətlərinin bu səlahiyyətləri ləğv edilib - VİDEO

Bakıda icra hakimiyyətlərinin tikinti ilə bağlı bir sıra səlahiyyətləri ləğv edilib. Bundan sonra pilot layihələrin də tikintiyə icazə icraatı Dövlət Şəhərsalma...

782 Video 08:02 20 dekabr 2019

Son xəbərlər