Yasamal sakinləri qorxu içində: Dəhşət saçan problemi kim həll etməlidir?
Bakının Yasamal rayonu, Xiyabani küçəsi, 4 ünvanında qurumuş və təhlükəli vəziyyətdə olan ağac sakinlərin narahatlığına səbəb olub.
Baku TV-nin qaynar xəttinə daxil olan şikayət əsasında əraziyə baxış keçirilib. Sakinlərin sözlərinə görə, ağac təxminən 2 ildir quruyub və onunla bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət edilib.
Hazırda ağacın aşmaq təhlükəsi olduğu bildirilir. Belə ki, ağacın gövdəsinin yaxınlıqdakı qaz borusuna söykəndiyi, köklərinin isə ətraf ərazidə torpağın qalxmasına səbəb olduğu müşahidə edilib.
Vətəndaşlar ağacın aşacağı təqdirdə yaxınlıqdakı binaya, eləcə də ərazidəki avtomobillərə ziyan dəyə biləcəyindən ehtiyat edirlər.
Sakinlərin bildirdiyinə görə, onlara ağacın yaxın müddətdə kəsiləcəyi deyilsə də, indiyədək bununla bağlı hər hansı tədbir görülməyib.
Oxşar xəbərlər
Hansı bürclərin daha acgöz olduğu açıqlanıb
Astrologiyada bəzi bürclər daha çox pul, dəbdəbə, diqqət və sahib olduqlarını artırmaq istəyi ilə əlaqələndirilir. BAKU.WS xəbər verir ki, astroloji şərhlərə gö...