Yas mərasimi təşkil edənlər cəzalandırılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Masallı Rayon Polis Şöbəsinə rayonun Köhnə Alvadı kəndində yas mərasiminin təşkil edilməsi barədə məlumat daxil olub.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, polis əməkdaşları dərhal həmin ünvana gəlib, karantin rejiminin qaydaları və tələbləri bir daha orada olan şəxslərin diqqətinə çatdırılıb. Mərasimin keçirilməsinin qarşısı alınıb.
Yas mərasimini təşkil edən və orada olan ümumilikdə 7 nəfər barəsində karantin rejiminin tələblərini pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və toplanmış material baxılmasından ötrü Masallı Rayon Məhkəməsinə göndərilib.
Oxşar xəbərlər
Polis nişan və yas mərasimlərinin keçirilməsinin qarşısını aldı
Samux rayon Polis Şöbəsinə (RPŞ) rayonun Nəbiağalı qəsəbəsində nişan mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmət...