Yardımlı sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR
Yeniliklərdən dərhal xəbərdar olun
Yardımlı Rayon İcra Hakimiyyəti şəhərin müxtəlif ünvanlarında yerləşən bir sıra yaşayış binalarında əsaslı təmir işləri aparacaq.
BAKU.WS-in məlumtına görə, təmir işləri Heydər Əliyev küçəsindəki bir çox yaşayış binasını əhatə edəcək.
Layihə çərçivəsində dam örtüyünün sökülməsi və yenidən qurulması, fasad və divarların suvama və rənglənməsi, həmçinin PVX qapı bloklarının quraşdırılması nəzərdə tutulur.
Təmir işləri yaşayış binalarının istismar müddətini artıracaq, təhlükəsizlik və yaşayış şəraitini yaxşılaşdıracaq. Həmçinin sakinlərin komfortunu yüksəltməklə yanaşı, şəhər mühitinin ümumi görünüşünün yaxşılaşmasına töhfə verəcək.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...