Yaqub Zurufçunun vəziyyəti pisləşib - RƏSMİ AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Koronavirusa yoluxan əməkdar artist Yaqub Zurufçunun vəziyyətində dünəndən pisləşmə müşahidə olunur.
"Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov BAKU.WS-ə bildirib ki, bu da əsasən kəskin böyrək çatışmazlığı ilə bağlıdır.
“Bu məqsədlə ona hemodiyafiltrasiya dediyimiz fasiləsiz böyrək əvəzedici terapiya başlanıb”, - deyə Emil Qasımov bildirib.
Qeyd edək ki, Əməkdar artist Yaqub Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub və "Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirilib. Müğənni süni nəfəs aparatına qoşulub. Həkimlər Y.Zurufçunun vəziyyətini ağır qiymətləndirirlər.
Oxşar xəbərlər
Yaqub Zurufçunun son durumu AÇIQLANDI
“Yaqub Zurufçunun vəziyyəti stabil ağır olaraq qalır”. BAKU.WS xəbər verir ki, bu sözləri “oxu.az”a Əməkdar artistin həyat yoldaşı Aynur Zurufçu deyib. O bildir...