Yalçın Rəfiyev: "COP29 həm də səhiyyə problemlərinin həllinə yönəlib"
Yeniliklərdən dərhal xəbərdar olun
"İqlim dəyişikliyi insan sağlamlığına ciddi təsir edir. COP29 həm də səhiyyə problemlərinin həllinə yönəlib".
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Bakıda COP-dan qabaq keçirilən Sağlam Gələcəklərin Proqnozlaşdırılması Qlobal Sammitində çıxışı zamanı Azərbaycanın xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev deyib.
O bildirib ki, Azərbaycanın bu tədbirə ev sahibliyi beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndi.
Y.Rəfiyev əlavə edib ki, iqlim dəyişikliyinin təsirləri getdikcə artır:
"Biz daha dayanıqlı gələcək üçün çalışmalıyıq".
Oxşar xəbərlər
Bakıda “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” qlobal sammiti fəaliyyətə başlayıb
Bakıda COP-29-dan qabaq hər il keçirilən “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammiti fəaliyyətə başlayıb. BAKU.WS report-a istinadən xəbər verir ki...