“Yalama Aqropark”dakı yanğınla bağlı son vəziyyət
Yeniliklərdən dərhal xəbərdar olun
Xaçmaz rayonunun Yalama qəsəbəsində yerləşən “Yalama Aqropark”da baş verən yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, noyabrın 16-sı günorta saatlarından başlayan yanğın artıq tam məhdudlaşdırılıb və ərazidə soyutma işləri görülüb.
Hazırda ərazidə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin canlı qüvvəsi və dörd yanğınsöndürən maşını var.
Yanğın aqroparkın beş min kvadratmetrə yaxın ərazini əhatə edən ot anbarında baş verib. Anbardakı ot ehtiyatı kipləşdirilmiş bağlamalarda saxlanılırdı. Yanğınsöndürənlər tərəfindən yanğının heyvandarlıq kompleksindəki fermalara keçməsinin qarşısı alınıb.
Qeyd edək ki, “Yalama Aqropark” ölkə üzrə ən iri heyvandarlıq təsərrüfatlarından biridir.
Oxşar xəbərlər
Bakıda bu ərazilərdə avtomobillərin parklanması pulsuz olacaq
Bakı şəhəri üzrə zonalar parklanma qiymətləri açıqlanıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Nəqliyyat vasitə...