Yağış, duman... - Sabahın hava proqnozu

Yağış, duman... - Sabahın hava proqnozu
Sosial 53

Dekabrın 11-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-9° isti, Bakıda gecə 4-6° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 776 mm civə sütunundan 771 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-5° isti, gündüz 6-10° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 0-5° şaxta olacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Noyabr ayına olan HAVA PROQNOZU

Noyabr ayına olan HAVA PROQNOZU

Noyabr ayında Azərbaycanda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi dövrlərdə normadan aşağı enəcəyi gözlənilir. Milli Hidrometeorologiya X...

330 Sosial 14:25 31 oktyabr 2022

Son xəbərlər