Xüsusi karantin rejimində bölgələrdə son vəziyyət - VİDEO

Xüsusi karantin rejimində bölgələrdə son vəziyyət - VİDEO
Video
Sosial 253

Xüsusi karantin rejiminə nəzarət bölgələrdə də davam etdirilir.

Aidiyyətli qurumlar tərəfindən sutka ərzində yoxlamalar aparılır. İcazəsiz küçəyə çıxanlara qarşı inzibati qaydada protokol tətbiq olunur. Bəzi hallarda icazədən sui-istifadə edərək və ya müxətlif bəhanələr gətirərək zərurət olmadan küçəyə çıxanlara da rast gəlinir.

Gəncədə xüsusi karantin rejimi ilə bağlı müvafiq orqanlar gücləndirilmiş iş rejimində çalışır. Şəxsi nəqliyyat vasitələri ilə hərəkət edən şəxslərin, o cümlədən ictimai nəqliyyatda vətəndaşların icazə sənədləri yoxlanılır. Qeyri-iş günündə verilmiş xüsusi icazə sənədindən sui-istifadə edən şəxslər inzibati qaydada cəzalandırılır.

Şirvanda polisi əməkdaşları tərəfindən şəhər ərazisində karantin rejiminə nəzarət davam etdirilir. Küçəyə çıxan vətəndaşların icazələrinin olub-olmaması yoxlanılır. Həmçinin şəhərin bütün girişlərində qurulan postlarda xidmət aparılır. Amma hələ də karantin rejiminin qaydalarına əməl etməyənlər var.

Cənub bölgəsində də polis gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Elə müşahidə apardığımız Lənkəran və Astara rayonları arasındakı qurulmuş postda yoxlamar aparılır. Burada da müvafiq icazə sənədləri olmayanlarla yanaşı, müxtəlif bəhanələrlə postu keçməyə cəhd edən vətəndaşlar da var.

Keçirilən tədbirlər çərçivəsində Ağstafa rayonunun giriş hissəsində də polis əməkdaşları tərəfindən sürücülərin, nəqliyyat vasitələrində olan sərnişinlərin tələb olunan qaydalara düzgün əməl etmələri ciddi yoxlanılır.

Əsassız olaraq evdən çıxanlar barəsində inzibati protokollar tərtib edilir. Küçədə isə sakinlər az görünsələr də, təəssüf ki, maskadan istifadə edənlərin sayı kifayət qədər deyil. Hətta onların bəziləri tələbləri pozduqlarını da etiraf etdilər.

Qeyd edək ki, Xüsusi karantin rejimi başlayandan indiyədək Ağstafada 221 nəfər karantin rejimini pozduğuna görə inzibati qaydada cərimələnib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər