XTQ giziri Beyrək Feyzullayevin şəhadətindən bir il ötür - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün 44 günlük Vətən müharibəsində qəhrəmanlıqları ilə seçilən, təkbaşına 30-dan çox erməni hərbçisini öldürən igidimiz Beyrək Feyzullayevin şəhadətinin bir ili tamam olur.
Xüsusi Təyinatlı Qüvvələrin giziri olan Beyrək sentyabrın 27-də başlamış Vətən müharibəsində qısa müddət ərzində misilsiz qəhrəmanlıqlar göstərərək vətən uğrunda canından keçən igidlərimizdən biri olub.
O, Ali Baş Komandan İlham Əliyev tərəfindən göstərdiyi qəhrəmanlıqlar səbəbindən ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidlik zirvəsinə qovuşan Beyrəklə bu gün təkcə ailəsi deyil, bütün Azərbaycan fəxr edir.
Beyrək haqqında hazırlanmış süjeti təqdim edirik:
Qalereya
Oxşar xəbərlər
Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edildi - FOTO
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidləri polkovnik-leytenant Həmdəm Mail oğlu Ağayev və baş leytenant Adil Asəm oğlu İbrahimlinin doğu...