Xorvatiyanın sabiq prezidenti: “Azərbaycanla minatəmizləmə təcrübəsini bölüşməyə hazırıq”

“Mina problemindən əziyyət çəkmiş Xorvatiya minatəmizləmə təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır”.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Xorvatiyanın eks prezidenti Kolinda Qrabar-Kitaroviç Şuşada “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və bərabərlik” mövzusunda keçirilən beynəlxalq tədbirə ünvanladığı videomüraciətində deyib.
Onun sözlərinə görə, Xorvatiyanın bu problemin həllində uğurunun əsas səbəblərindən biri beynəlxalq ictimaiyyətin köməyindən, həmçinin hakimiyyət orqanlarının koordinasiyasından istifadə etməsi olub.
K.Qrabar-Kitaroviç vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin azad edilmiş ərazilərinin bərpası istiqamətində atdığı addımlar çox düzgündür.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...
