Xoşqədəm: “Evimin kişilərini onlardan qorumaq üçün buna məcburam”

Xoşqədəm: “Evimin kişilərini onlardan qorumaq üçün buna məcburam”
Sosial 1893
Tanınmış teleaparıcı Xoşqədəm Baxşəliyeva sosial şəbəkədə onu təhqir edənlərə qarşı mübarizəyə başlayıb.BAKU.WS-in məlumatına görə, jurnalist bu barədə aparıcısı olduğu “Səni axtarıram” proqramında bəyan edib.O, təhqiredici şərhlər yazanlara belə mesaj göndərib: “Heç vaxt tənqidə cavab verməmişəm, amma söhbət təhqirdən gedirsə, mütləq reaksiya verirəm. Anasına-bacısına hörmət etməyənlərə buradan səslənirəm. Mənim evimdə üç oğul var. Böyüyünün 21 yaşı var. Əkizlərim də böyüyəcək və analarının ünvanına yazılan xoşagəlməz ifadələrə cavab vermək istəyəcəklər. Mən hələ həyat yoldaşımı demirəm. Doğuş az yaşından küçələrdə böyüyüb, həyatın hər üzünü görüb. Yəni çəkinəcək, qorxacaq bir yeri yoxdur. Onun da səbrinin bir həddi var. Evimin kişilərini baş verəcək hər hansı xöşagəlməz hadisələrdən qorumaq üçün həmin o anasının-bacısının yerini bilməyənlərə buradan səslənirəm. Sizinlə öz dilinizdə danışacam. Sizi tapmaq mənim üçün çətin deyil. Sizi tapacam və hüquqi müstəvidə cəzalandırılmanıza nail olacam”. X.Baxşəliyeva artıq bir müddətdir ki, fotolarının altına təhqiredici şərhlər yazanları özünəməxsus şəkildə cəzalandırır. Aparıcı onların səhifələrini skrin edib səhifəsində paylaşaraq həmin şəxsin axtarıldığını yazır. Ən maraqlısı isə budur ki, o izləyiciləri cinsi azlıq kimi təqdim edir.Zülfiyyə QurbanovaBAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər