Xocalının Təzəbinə kəndində evlərin təmirinə 8,8 milyon manat ayrıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Xocalı rayonunun Təzəbinə kəndində fərdi yaşayış evlərinin təmiri işlərini aparacaq şirkət və sərf olunacaq vəsaitin həcmi müəyyənləşdirilib.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, artıq bununla bağlı Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində müvafiq işlərə yekun vurulub.
Dövlət xidməti Təzəbinə kəndində 152 fərdi yaşayış evlərinin cari təmiri işlərini "Platin - M" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 8 783 933 manat ödənilib.
Sözügedən kənddə qeyd olunan təmir işlərini aparacaq "Platin - M" MMC 2014-cü ildə dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Məmmədov İsfəndiyar Mehman oğludur.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...