XİN rəhbərliyi Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı ölən Orxan Əsgərovun məzarını ziyarət edib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Xarici işlər naziri Ceyhun Bayramov ötən il Azərbaycanın İrandakı səfirliyinə edilən hücum zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun məzarını ziyarət edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, XİN rəhbərliyi və kollektivi O.Əsgərovun İkinci Şəhidlər xiyabanında yerləşən məzarının önünə gül dəstələri düzüblər.
Qeyd edək ki, 2023-cü ilin yanvar ayının 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Azərbaycan XİN yanvarın 30-da səfirliyin əməkdaşlarını Tehrandan təxliyə edib və səfirliyin fəaliyyəti dayandırılıb.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanın İrandakı Səfirliyinə hücum zamanı şəhid olan Orxan Əsgərovun 40 mərasimi keçirilir - FOTO
Bu gün Azərbaycanın İrandakı Səfirliyinə edilən terror hücumu zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun 40 mərasimidir. BAKU.WS oxu.az-a isti...