Azərbaycanın İrandakı Səfirliyinə hücum zamanı şəhid olan Orxan Əsgərovun 40 mərasimi keçirilir - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Azərbaycanın İrandakı Səfirliyinə edilən terror hücumu zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun 40 mərasimidir.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, şəhid Orxan Əsgərovun 40 mərasimi Gəncə şəhəri “Kür Xəzər” Mərasim evində keçirilir.
Mərasim saat 16:00-a qədər davam edəcək.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycanın İrandakı Səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb.
Qeyd edək ki, Gəncədə doğulan Orxan Əsgərov Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan 1 saylı xəstəxananın Pediatriya şöbəsinin müdiri Rizvan Əsgərovun oğludur. Şəhid Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb. O.Əsgərov ailəli olub. Onun 16 yaşlı qızı, səkkiz yaşlı oğlu var.
Qalereya
Oxşar xəbərlər
Azərbaycandakı dini konfessiyaların rəhbərləri Orxan Əsgərovun yas mərasimində iştirak ediblər
Azərbaycanda olan dini konfessiyaların rəhbərləri ölkəmizin İrandakı Səfirliyinə edilən terror hücumu zamanı şəhid olan baş leytenant Orxan Əsgərovun yas mərasi...