Xızıda özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub
Yeniliklərdən dərhal xəbərdar olun
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov özünüməşğulluq proqramı çərçivəsində Xızı rayon sakinləri – şəhid anası Verdiyeva Səyyarə Mirzəbala qızı və Məmmədov Əfqan Əliyar oğlu üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, S.Verdiyeva və Ə.Məmmədov özünüməşğulluq proqramı əsasında verilmiş aktivlər hesabına maldarlıq üzrə təsərrüfatlarını qurublar.
Onlar işsiz şəxslərə kiçik bizneslərini yaratmaları üçün göstərilən dəstəyə görə dövlət başçısına minnətdarlıqlarını ifadə edib, təsərrüfatlarını genişləndirmək üçün səylə çalışdıqlarını bildiriblər.
Qeyd edək ki, ötən dövrdə Xızı rayonunda 209 nəfər işsiz və işaxtaran şəxs özünüməşğulluq proqramına cəlb olunaraq kiçik təsərrüfatlarını qurmaları üçün mal və materiallar formasında aktivlərlə təmin ediliblər.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...