Xırdalanı "Memar Əcəmi" metrosu ilə əlaqələndirən avtobuslar dəyişdirilir
Sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması məqsədilə 135 nömrəli marşrut xətti üzrə avtobuslar dəyişdirilir.
BAKU.WS bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata əsasən, avqustun 1-dən Xırdalan şəhərini metronun "Memar Əcəmi" stansiyası ilə əlaqələndirən 135 nömrəli müntəzəm marşrut xətti üzrə istismar olunan dizel mühərrikli avtobuslar CNG texnologiyası ilə təchiz edilən böyüktutumlu "İveco" markalı avtobuslarla əvəz ediləcək.
Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 manat müəyyən edilib.
Oxşar xəbərlər
Bakının hansı küçələrində tıxac var?
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur. BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntelle...