Xırdalanda partlayış baş verən evin sakinlərinə kirayə pulu ödənilir - RƏSMİ

Xırdalanda partlayış baş verən evin sakinlərinə kirayə pulu ödənilir - RƏSMİ
Sosial 184

Xırdalanda partlayış baş vermiş ikimərtəbəli yaşayış evinin sakinlərinə kirayə pulu ayrılıb.

BAKU.WS xəbər verir ki, bunu APA-ya açıqlamasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ.Məmmədov deyib ki, təmir-tikinti işləri ilə bağlı isə tender elan olunub: “Tenderdə qalib müəyyənləşəndən sonra təmir-tikinti işləri də başlanacaq”.

Qeyd edək ki, 25 yanvar 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli yaşayış evində partlayış olub, uçqun baş verib. Nəticədə dağıntılar altında qalmış 6 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, iki nəfər həyatını itirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər