Xırdalanda attraksionda baş verən ölüm faktı ilə bağlı cinayət işi açılıb

Xırdalanda attraksionda baş verən ölüm faktı ilə bağlı cinayət işi açılıb
Sosial 149

Daxil olmuş sorğuya cavab olaraq bildirilir ki, iyunun 8-də Abşeron rayonu, Xırdalan şəhərində yerləşən parklardan birində 1987-ci il təvəllüdlü Minayə Nuriyevanın attraksiondan yıxılması nəticəsində aldığı xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılmış və toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 314.2-ci (zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanmışdır.

Bu barədə BAKU.WS-ə Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Hazırda ibtidai istintaq tədbirləri davam edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər