Xırdalana yeni yollar çəkiləcək
M-4 Bakı−Şamaxı−Yevlax avtomobil yolunu Xırdalan şəhərinin mərkəzi ilə birləşdirmək üçün müxtəlifsəviyyəli yol ötürücüsü tikiləcək.
Bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramında deyilir.
Eyni zamanda proqrama əsasən, Xırdalan şəhərinin M-1 Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi və M-4 Bakı−Şamaxı−Yevlax avtomobil yolları ilə əlaqələndirməsini təmin etmək məqsədilə avtomobil yolları şəbəkəsi təkmilləşdiriləcək.
Yol şəbəkəsinin 2026-cı ildə, yol ötürücüsünün isə 2030-cu ilə qədər istismara verilməsi planlaşdırılır.
Bununla yanaşı, M-4 Bakı-Şamaxı−Yevlax avtomobil yolunu M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 16-cı kilometri ("VAZ dairəsi") ilə Xırdalan şəhərinin Həsən Əliyev küçəsi vasitəsilə əlaqələndirmək üçün yol ötürücüsünün tikintisi və istismara verilməsi 2025-2030-cu illərdə təmin ediləcək.
Oxşar xəbərlər
Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın əsas küçələrindən birində hərəkət məhdudlaşdırılacaq
Bakının Nərimanov rayonunda, Əhməd Rəcəbli küçəsinin bir hissəsində təmir işləri aparılacaq. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövl...