Xırdalan sakinləri saatlarla avtobus gözləyirlər: İnterval problemi niyə həll olunmur? - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Abşerondan Bakıya və əks istiqamətdə hərəkət edən 135 və 119 saylı marşrut avtobusların sayının az, intervallarının isə böyük olması sərnişinlərin mənzil başına vaxtında çatmasında çətinliklər yaradır.
Hər gün sözügedən marşrut avtobuslardan istifadə edən sərnişinlər bildirirlər ki, bu vəziyyət uzun müddətdir davam edir.
Sürücülər isə deyilənlərlə razılaşmırlar.
Məsələ ilə bağlı 135 və 119 saylı marşrut xətti üzrə hərəkət edən avtobusların aid olduğu “Xaliq Faiqoğlu” şirkətinin mətbuat katibi Nizam Rzayev bildirib ki, Bakı-Sumqayıt yolunda və Xırdalan şəhərinin mərkəzi prospektlərində hər gün müşahidə edilən sıxlıq, tıxac avtobusların intervalına mənfi təsir göstərir:“Bu yollarda avtobus zolağının çəkilməsinə böyük zərurət var. Həmçinin Xırdalan şəhərində 1 manata taksi fəaliyyəti göstərən nəqliyyat vasitələri avtobusların hərəkətinə mane olur, dayanacaqlara yaxınlaşmasına imkan vermirlər. Bütün bu məsələlərlə bağlı aidiyyəti dövlət qurumlarına müraciət edilib”.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Azərbaycanda taksilərlə bağlı bu yeniliklər olacaq - Nazir açıqladı
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev taksi xidmətində aparılacaq islahatlardan danışıb. BAKU.WS apa-ya istinadən naziri...