Xilasedicilərin bir günü - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyi Mingəçevir şəhərində və Ucar rayonunda “Fövqəladə hallar zamanı Fövqəladə Hallar Nazirliyinin qurumlarının qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda taktiki-xüsusi təlim keçirir.
BAKU.WS xəbər verir ki, 17-19 noyabr tarixlərini əhatə edən təlimə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Dövlət Yanğın Nəzarəti Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi və Aran Regional Mərkəzinin şəxsi heyəti və xüsusi texnikası cəlb edilib.
Təlimlərin keçirilməsində əsas məqsəd fövqəladə hallar zamanı fəaliyyət üzrə əməliyyat və qarşılıqlı fəaliyyət planlarının reallığının yoxlanılması, komandir-rəis heyəti tərəfindən fövqəladə hal nəticəsində yaranmış əməliyyat şəraitinin qiymətləndirilməsi, təkliflərin hazırlanması, müvafiq qərarların qəbul edilməsi, idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili sahələrində təcrübələrin daha da artırılması, eyni zamanda, şəxsi heyətin xilasetmə, yanğınsöndürmə və texnogen qəzaların nəticələrinin aradan qaldırılması sahələrində fəaliyyətinin təkmilləşdirilməsindən ibarətdir.
Qalereya
Oxşar xəbərlər
Ucuz avtomobillər satışa çıxarılır - "Land Cruiser" 15500, "Maxima" 4000 AZN - QİYMƏTLƏR
18 may 2021-ci il tarixində hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb. BAKU.WS xəbər verir ki, hərraca 61 nəqliyyat vasitəsi çıxarılıb. Qey...