Xidmətə yararsızlar yenidən yoxlanılır (RƏSMİ) - VİDEO

Xidmətə yararsızlar yenidən yoxlanılır (RƏSMİ) - VİDEO
Video
Sosial 9461

Hərbi xidmətə yararsız bileti əldə edənlər yenidən yoxlanılır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətəndaşları qurumdan göndərilən hərbi xidmətə çağırış məktublarına dərhal reaksiya verməyə çağırıb. Əks halda bu cinayət məsuliyyətinə də səbəb ola bilər.

Hərbi xidmətə yararsız bileti alanların sağlamlığı yenidən yoxlanılacaq və bu sənədlərin necə verildiyi ilə bağlı araşdırma aparılacaq. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti mediada yayılan bu xəbərlərlərə münasibət bildirib. Xidmətin hüquq təminatı şöbəsinin baş zabiti Rəşad Qasımovun sözlərinə görə belə araşdırma onsuz da xidmətdə daimi olaraq aparılır. Ancaq düzgün olmayan şəkildə təqdim olunan məlumatlar da var.

Xidmətin baş zabiti Rəşad Qasımovun sözlərinə görə 18 yaşdan 35 yaşa qədər xəstəliyə görə möhlət hüququ verilən şəxslər hər 3 ildən bir yoxlanışa cəlb olunur. 16 yaşdan qeydiyyata alınan yeniyetmələrdə isə hansısa sağlamlıq problemi ortaya çıxarsa onların müalicəsi xidmətin göndərişi ilə pulsuz olaraq həyata keçirilir.

Rəşad Qasımov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hansısa şöbəsində göstərilən xidmətdən narazı qalan vətəndaşların dərhal qurumun mərkəzi aparatına məlumat verməli olduğuna diqqət çəkib.

Hərbi mükəlləfiyyəti olan şəxslərin Dəvət gələndə dərhal deyilən vaxtda lazımı yerdə olması xüsusi diqqət tələb edir. Əks halda səfərbərlik anında bu tələblərə riayət etməyən şəxslər inzibati xətalar yox, cinayət məcəlləsi ilə məsuliyyət daşıyacaqlar. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 9100 nömrəli çağrı mərkəzi də vətəndaşların xidmətindədir.

Xəzərxəbər

]

Oxşar xəbərlər

Hərbi xidmətdən yayınanlara PİS XƏBƏR - Yenidən yoxlanılacaqsınız...

Hərbi xidmətdən yayınanlara PİS XƏBƏR - Yenidən yoxlanılacaqsınız...

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətləri və həkim komissiyaları tərəfindən xəstəlik adı ilə xidmətə yararsız hesab olunaraq hərbi bilet alanl...

5620 Siyasət 19:20 04 may 2017

Son xəbərlər