Xəzər Universitetinə yeni rektor təyin olunub

Xəzər Universitetinə yeni rektor təyin olunub.
BAKU.WS-in məlumatına görə, Xəzər Universitetinin Elmi Şurasının qərarı ilə Dr.Razia İsayeva universitetin yeni rektoru seçilib.
Qeyd edək ki, Razia İsayeva təyinatdan əvvəl universitetin İqtisadiyyat və Menecment fakültəsinin dekanı kimi uğurla fəaliyyət göstərib. O, həm bakalavr, həm də magistr təhsilini Xəzər Universitetində alıb, Corc Vaşinqton Universitetində "Layihələrin idarə olunması" üzrə magistr dərəcəsini qazanıb. 2024-cü ildə isə Finlandiyanın Lapland Universitetində fəlsəfə doktorluğu dissertasiyasını uğurla müdafiə edib.
Erasmus+ proqramı çərçivəsində beynəlxalq layihələrin müəllifi və rəhbəri kimi tanınan Dr. Razia İsayeva təhsil, sənaye və insan resurslarının idarə olunması sahəsində zəngin təcrübəyə malikdir.
Xəzər Universitetinin Karyera və Məzunlar Mərkəzi Dr. Raziya İsayevanı yeni vəzifəsində ürəkdən təbrik edir və ona uğurlar arzulayır. Universitet məzunlarının uğurlu karyeralarını izləmək isə hər zaman qürurverici olub.
Oxşar xəbərlər
Uşaqlara quru çörək və su verən bağça müdirinin işinə xitam verilib
Abşeron rayonu Pirəkəşkül kənd 21 nömrəli uşaq bağçasında uşaqlara səhər yeməyinə quru çörək və su verilməsi barəsində vətəndaş şikayətlərinə əsasən araşdırma a...
