Xəzər Universiteti onlarla əməkdaşını əmək müqaviləsi olmadan işlədirmiş
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsində yerləşən Xəzər Universitetində (Neftçilər korpusu) bir sıra əmək müqavilələrinin elektron sistemə keçirilmədiyi müəyyən edilib.
BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, bu səbəbdən ali təhsil müəssisəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən tərtib edilmiş protokolla cərimələnib.
Yoxlama zamanı universitetin 43 əməkdaşına aid əmək müqavilələrinin elektron qaydada rəsmiləşdirilmədiyi aşkarlanıb. Nöqsanların aradan qaldırılması üçün qurum universitetə 3 iş günü vaxt verib. Lakin müəyyən olunmuş müddətdə tələb yerinə yetirilmədiyi üçün Xəzər Universiteti İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən 2 min manat məbləğində cərimə edilib.
Nizami Rayon Məhkəməsi protokola əsasən cəriməni qüvvədə saxlayıb. Lakin universitet qərarla razılaşmadığını bildirib.
Qeyd olunub ki, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən verilən 3 günlük müddət ərzində işçilərin əksəriyyəti məzuniyyətdə olublar. Həmçinin universitetin mövqeyinə görə, işçilər məzuniyyətdə olmasalar belə, 43 əmək müqaviləsinin cəmi 3 gün ərzində elektron sistemə daxil edilməsi texniki baxımdan mümkün deyil.
Məhkəmə universitetin bu izahını əsaslı saymayıb.
Oxşar xəbərlər
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə oktyabrın 28-də Bakının bir sıra ərazilərində təmir işləri aparılacaq....