Xəzər rayonunda 400-dən çox zibil konteyner meydançası yaradılıb

Bakının Xəzər rayonunda bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsi çərçivəsində 400-dən çox konteyner meydançası yaradılıb.
Bu barədə BAKU.WS-ə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Qeyd olunub ki, bu meydançalara ilkin mərhələdə 2500 ədəd yaşıl və narıncı rənglərdə yeni, müasir konteynerlər quraşdırılıb və əraziyə cavabdeh şəxslər təyin olunub.
Xatırladaq ki, İlk vaxtda Nərimanov rayonunda icrasına başlanan layihəyə mərhələli şəkildə paytaxtın daha 8 rayonu - Nizami, Nəsimi, Yasamal, Xətai, Pirallahı, Suraxanı, Binəqədi və Səbail rayonları da bu işlərə qoşulub. Layihənin həyata keçirilməsi üçün ölkə başçısının ayırdığı maliyyə vəsaiti hesabına Bakı şəhər kommunal təsərrüfatı xidmətləri üçün müasir tələblərə tam cavab verən 164 ədəd yeni avtonəqliyyat vasitələri və mexanizmləri alınaraq xidmətlərin istifadəsinə verilib və prosses davam edir.
Qalereya
Oxşar xəbərlər
"Koroğlu" liderliyə yüksəldi – Bakı metrosu 6 ayda 111 milyon sərnişin daşıdı
"Bakı Metropoliteni" QSC 2025-ci ilin ilk altı ayında 111 milyondan çox sərnişinə xidmət göstərib. BAKU.WS xəbər verir ki, bu barədə QSC məlumat yayıb. Bildiri...