Xəzər dənizinin Bilgəh sahili tullantılardan təmizlənib - FOTO
Xəzər dənizinin Bilgəh sahilində genişmiqyaslı təmizlik aksiyası keçirilib.
BAKU.WS xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin və əməkdaşları, Sabunçu Rayon İcra Hakimiyyəti, “Təmiz Şəhər” ASC, “Facility Management Group” şirkəti, “Qırmızı ürəklər” Fondu, “Nargis” jurnalı, “Coca Cola” şirkəti, “EcoHub” ekoloji platforması nümayəndələri, eləcə də ekokönüllülərin iştirakı ilə baş tutuan tədbir zamanı sahil zolağı 1200 kiloqram plastik və digər tullantılardan təmizlənib.
“Təmiz ölkəm” təmizlik aksiyalarının keçirilməsində məqsəd təbiət ərazilərinin daimi təmizliyini təmin və təşviq etmək, məişət tullantılarının atılmasının qarşısını almaq və ictimaiyyəti ətraf mühitin mühafizəsi sahəsində mübarizəyə cəlb etməkdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi ətraf mühitin mühafizəsinə yönələn bu cür tədbirlərdə fəal iştirak etməyə, təbiətə qayğı və həssas münasibət göstərməyə çağırır.
Qeyd edək ki, bu cür aksiyaların mövsüm boyu hər həftəsonu keçirilməsi nəzərdə tutulub.
Qalereya
Oxşar xəbərlər
Ekoloji təmiz dəmir yolu nəqliyyatı: Azərbaycan dəmir yollarının inkişaf trendləri
Ekoloji təmiz nəqliyyat XXI əsrin ən önəmli məsələlərindən biridir. Sürətlə inkişaf edən dünyada ətraf mühitin qorunması və davamlı nəqliyyat sistemlərinin yara...