Bilgəhdə Xəzərin sahil zolağı tullantılardan təmizlənib - FOTO
Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “Təmiz Şəhər” ASC-nin təşkiıatçılığı, Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv könüllülərin, eləcə də EcoHub ekoloji platformasının könüllülərinin iştirakı ilə Xəzər dənizinin Bilgəh sahilində təmizlik aksiyası keçirilib.
BAKU.WS xəbər verir ki, aksiya zamanı sahil zolağı plastik və digər tullantılarından təmizlənib, 240 kiloqram tullantı toplanaraq çeşidlənib və aidiyyəti üzrə daşınıb.
Təmizlik aksiyasının keçirilməsində məqsəd dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və ictimaiyyəti dəniz ətraf mühitinin mühafizəsi sahəsində mübarizəyə cəlb etməkdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi ətraf mühitin mühafizəsinə yönələn bu cür tədbirlərdə fəal iştirak etməyə, təbiətə qayğı və həssas münasibət göstərməyə çağırır.
Qeyd edək ki, sahilboyu ərazilərin təmizlənməsi məqsədi daşıyan bu cür aksiyaların mövsüm boyu hər həftə sonu keçirilməsi nəzərdə tutulub.
Qalereya
Oxşar xəbərlər
Beynəlxalq Sahilyanı Təmizlik Günü münasibətilə təmizlik aksiyası keçirilib - FOTO
Beynəlxalq Sahilyanı Təmizlik Günü ilə əlaqədar sentyabrın 23-də IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Gənclər Fondu və “Təmi...